15 yanvar 2012 20:49
Xəzər Lənkəran iki legioner futbolçu aldı
“Xəzər Lənkəran” Futbol Klubu iki futbolçunun transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, onların hər ikisi legionerdi.
Bunlardan biri 23 yaşlı yarımmüdafiəçi Salif Ballodu. Malili futbolçunun son iş yeri ölkəsinin “Real Bamako” klubu olub. Cənub klubunun sıralarına qatdığı digər oyunçu isə 21 yaşlı forvard Siriman Maqassouba oldu. Bu futbolçu da Malidəndi və komandaya həmyerlisi kimi “Real Bamako” klubundan keçib. Hər iki oyunçu ötən il Mali milli komandasının heyətinə çağırılıb.
Futbolçularla klub arasında 2,5 il müddətinə müqavilələr imzalanıb.
