15 yanvar 2012 20:59
Amitsiz Erciyesspor yenə məğlub oldu
Türkiyənin Bank Asya birinci liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Tavşanlı Linyitspor” ilə qarşılaşıb. “Erciyesspor” gözlənilmədən autsayderə məğlub olub.
Komandasının əsas heyət oyunçularından birinə çevrilsə də, son matçlarda az görünən Amit bu dəfə də ehtiyatda qalıb. Yeni baş məşqçi də ona şans verməyib.
Türkiyə Bank Asya birinci liqası
17-ci tur
15 yanvar
Erciyesspor - Tavşanlı Linyitspor – 1:2
