15 yanvar 2012 21:14
“Oyunçularımız eqoistlik etməsəydi, qələbə qazana bilərdik”
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Türkiyə – Özbəkistan oyunundan sonra komandaların baş məşqçilərinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq. Azerisport.az xəbər verir ki, qolsuz başa çatan görüşdən sonra məşqçilər bunları dilə gətiriblər:
Ömer Kaner (Türkiyə millisinin baş məşqçisi): “Asiyanın ən güclü komandasına qarşı oynadıq. İlk oyunla müqayisədə, bu gün daha yaxşı təsir bağışladıq. Əvvəlki səhvlərimizi təkrarlamadıq. Xeyli qol vəziyyəti yaratsaq da, yararlana bilmədik. Qol vurulmasa da, azarkeşlər maraqlı və həyəcanlı oyun izlədilər”.
Joze Maria Pazos Mendez (Özbəkistan millisinin baş məşqçisi): “Sürətli oynamağa çalışırdıq. Birinci hissədə çox top itkisinə yol verdik. Fasilədən sonra oyuna nəzarəti ələ keçirdik. 4-5 qol imkanımız oldu. Oyunçularımız eqoistlik etməsəydi, qələbə qazana bilərdik. İlk dəfədir ki, rəhbərlik etdiyim komandanın oyunu qolsuz başa çatdı”.
