15 yanvar 2012 21:34
Neftçi TRT Avazda
"Neftçi" Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “flaqmanın” məşqlərini Türkiyənin məşhur TRT Avaz telekanalı diqqət mərkəzində saxlayır.
Bu gün adı çəkilən telekanalın əməkdaşı "Neftçi" PFK-nın düşərgəsində çəkilişlər aparıb. Çempionun hazırlığı barədə reportaj TRT Avaz telekanalında efirə gedən "Futbol Avrasiya" verilişində göstəriləcək. Verilişdə komandanın hazırlıqları barədə ən yeni görüntülər və futbolçulardan müsahibələr yer alacaq. "Futbol Avrasiya" proqramının "Neftçi" haqqında hazırlanan buraxılışı 17 yanvar tarixində Bakı vaxtı ilə 22:00-da efirə gedəcək.
