15 yanvar 2012 21:47
Joze Alesio: Onların yoxluğunu hiss etdik
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Ukrayna oyunundan sonra yığma komandamızın baş məşqçisi Joze Alesio Da Silva matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizin 2:3 hesabıyla uduzduğu görüşü belə şərh edib:
“Ukrayna yığması güclü rəqibdir. Bu gün həm müdafiədə, həm də hücumda istənilən səviyyədə oynamadıq. İkinci hissədə nisbətən yaxşı təsir bağışlasaq da, hesabı bərabərləşdirə bilmədik. Biro Jade və Tveryankinin yoxluğunu hiss etdik. Qeyd edim ki, bayramdan sonra hazırlıq üçün kifayət qədər vaxtımız olmadı”.
