15 yanvar 2012 21:56
“Azərbaycandan revanş aldığımız üçün sevinirik”
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Azərbaycan – Ukrayna oyunundan sonra rəqib komandanın baş məşqçisi Qennadi Lisençuk matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizi 3:2 hesabıyla yendikləri görüşü belə şərh edib:
“Əvvəlki oyunlarda Azərbaycan millisinə uduzmuşduq. Revanş aldığımız üçün sevinirik. Fasilədən sonra rəqib təzyiqi artırdı, penaltidən sonra isə daha da həvəsləndi. Bununla belə, oyunun sonuna qədər qələbə hesabını qoruya bildik. Düşünürəm ki, turnirin qalibi biz olacağıq”.
