15 yanvar 2012 11:28
Alves Ediqleuson: Azərbaycan millisinə kömək etmək üçün gəlmişəm
Futzal üzrə Azərbaycan yığmasının üzvü Alves Ediqleuson Bakıda keçirilən beynəlxalq turnir çərçivəsində baş tutmuş Özbəkistanla oyundan (3:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qələbə qazansaq da, yığma sanki inamsız çıxış etdi...
- Mən o qədər də pis oynadığımızı düşünmürəm. Həm də nəzərə almaq lazımdı ki, biz cəmi bir neçə gündü hazırlıqlara start vermişik. Şübhəsiz ki, hələ tam hazır deyilik. Üstəlik, rəqibi də qiymətləndirmək lazımdı. Heç də sıradan rəqiblə qarşılaşmırdıq.

- Növbəti oyunda sizi daha çətin rəqib gözləyir: Türkiyəni 5:1 yenmiş Ukrayna ilə görüşdən nə gözləyirsiz?
- Fikrimcə, bizim Ukrayna ilə oyunumuz turnirin qalibini müəyyənləşdirmək baxımından ən vacib görüşlərdən olacaq. Amma təbii ki, heç-heçə də istisna deyil. Qələbə qazanmağa çalışacağıq. Lakin bu turnirə daha çox qarşıdakı AÇ-yə hazırlıq gözüylə baxmaq daha münasib olardı.

- Yaxşı hazırlıq naminə bu turnirdə qələbə qazanmaq daha əla olmazmı?
- Əlbəttə, bu, komandamıza əlavə ruh, özünəinam qazandırmış olacaq. Ötən il Azərbaycan millisi bunu bacarmışdı. Bunu yenə də etmək olar.
- Əlbəttə, bu, komandamıza əlavə ruh, özünəinam qazandırmış olacaq. Ötən il Azərbaycan millisi bunu bacarmışdı. Bunu yenə də etmək olar.
- Artıq iki həftə qalmış AÇ-nin startına kimi tam hazır olacaqsız?
- Biz ilk dəfə deyil bir araya gəlirik. Fikrimcə, o vaxta kimi hazır olarıq. Bu turnirdəki çıxışımız sayəsində AÇ-dəki Portuqaliya ilə ilk görüşə daha yaxşı hazırlaşmış olacağıq. Axı portəgizlər qitə çempionatının əsas favoritlərindən hesab olunurlar. Bu üzdən də hər şeyə hazır olmaq lazımdı.
- Siz çoxdan idi Azərbaycan yığmasında çıxış etmirdiz...
- Yenidən mənim üçün doğma olan komandaya qayıtmaq çox xoş oldu. Qayıdışımdan sonrakı ilk oyunumda qol vurmağım isə ikiqat sevindirici oldu.
- Maşado Nilsonu layiqincə əvəzləyə biləcəksiz?
- Məni Maşadoya əvəzləmək üçün dəvət etdiklərini düşünmürəm. O, yığmada öz işini görür, mən öz işimi. Mən Azərbaycan yığmasına kömək etmək üçün gəlmişəm.