15 yanvar 2012 11:45
Bakı hollandlara belə yenildi (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Antalyada ilk yoldaşlıq oyununu keçirən “Bakı” meydandan 1:5 hesablı məğlubiyyətlə ayrılıdı. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov əsas heyətdə gənc futbolçulara geniş yer ayırıb. Güclü rəqiblə qarşılaşmada qapı Aqil Məmmədova etibar olunub. Ümumiyyətlə, bu oyunda "Bakı" meydana 8 azərbaycanlı futbolçu ilə çıxıb, onlardan beşi 19-20 yaşlarında olan futbolçulardı.
Bakı - AZ Alkmaar - 1:5
Qollar: Elm (16, 0:1), Martens (25, 0:2), Beerens (32, 0:3), Martens (56, 0:4), Uinston Parks (87, 1:4), Boymans (90 dəq, 1:5)
Bakı: Aqil Məmmədov, Denis İvanovs, İbrahim Kargbo, Xavier Junior, Elvin Məmmədov, Cəmşıd Məhərrəmov, Novruz Məmmədov, Şəhriyar Əliyev (Manafov 83), Verpakovskis (Nurlan Novruzov 70), Aleksandar Solic (Qurbətov 65), Jaba (Uinston Parks 65)
AZ Alkmaar: Esteban, Reijnen, Moisander (Hofk 77), Viergever (Gudmundsson 46), Poulsen (Schouten 64), Elm (Ortiz 59), Maher (Falkenburg 46), Martens (Messaoud 70), Beerens (Marcellis 46), Altidore (Boymans 59), Holman (Luekassen 64)
Qeyd edək ki, "Bakı" növbəti yoldaşlıq oyununu 19 yanvar tarixində ikinci Almaniya liqasının təmsilçisi "İnqolştadt 04" klubuna qarşı keçirəcək.
Foto: AZ Alkmaar
