15 yanvar 2012 00:44
İnter Türkiyədə ilk məşqə çıxdı
Xəbər verdiyimiz kimi, "İnter" komandası təlim-məşq toplanışını Türkiyənin Antalya mahalında keçirəcək. Azerisport.az xəbər verir ki, artıq qardaş ölkənin "Su sesi" otelində məskunlaşan “bankirlər” ötən gün axşam məşqinə də çıxıb.
Futbolçular məşq prosesini əsasən yüngül fiziki hərəkətlər etməklə və qaçışla başa vurublar. Bu gündən etibarən "İnter" gündə iki dəfə məşq etməyə başlayacaq.
