15 yanvar 2012 12:47
Vaqif Cavadovun klubu 7 aydı maaşları vermir
Azərbaycanlı futbolçu Vaqif Cavadovun da çıxış etdiyi Rusiyanın “Volqa” klubunda maliyyə problemləri hələ də həllini tapmayıb. Azerisport.az xəbər verir ki, bu barədə Nijni Novqorod təmsilçisinin müdafiəçisi Laşa Salukvadze məlumat verib:
“Mən bu klubdan ayrılmaq istəsəm də, transfer vərəqəmi ala bilmirəm. Amma yanvarın 23-də bu mübahisəli məsələyə aydınlıq gəlməlidi. Onlar mənə olan borclarını da, transfer vərəqəmi də verməlidilər. Rusiya Futbol İttifaqı, eləcə də UEFA məcbur etməlidi ki, borclarımız ödənilsin. Rəhbərlik artıq yeddi aydı bizim alacağımızı vermir. Başqa kluba keçmək istəsəm də, transfer vərəqəsi olmadan bu da mümkün deyil”.