16 yanvar 2012 13:30
Neftçinin futbolçusu Qəbələyə keçdi
Elmar Baxşiyev özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi karyerasını “Qəbələ”də davam etdirəcək.
31 yaşlı futbolçu artıq bölgə təmsilçisi ilə anlaşıb. Tərəflər arasında yaxın günlərdə bir illik müqavilə imzalanacaq. Artıq “Neftçi” də Böyükağa Hacıyevdən narazı qaldığı üçün klubdan ayrılan futbolçunun keçidinə icazə verib. Təcrübəli yarımmüdafiəçi artıq yeni komandası ilə məşqlərə də başlayıb.
