16 yanvar 2012 13:41
Neftçi Qazaxıstan klubunu da darmadağın etdi
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirində ikinci qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 Qazaxıstanın "Merke" klubunu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qollardan ikisini Sərxan Əhmədli, birini isə Rövlan Muradov vurub. Xatırladaq ki, "Neftçi" ilk oyununda Latviyanın paytaxtı Riqanın "Şitika" futbol məktəbinin komandasını 7:2 hesabı ilə məğlubiyyətə uğratmışdı. Yanvarın 19-dək davam edəcək yarışda 16 komanda mübarizə aparır. Hərəsində 4 komanda olan qruplardan növbəti mərhələyə 2-si çıxacaq.
