16 yanvar 2012 14:20
Yığmamızın İslandiya ilə oyunu Dalğa Arenada
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi növbəti oyunun yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamızın növbəti oyunu AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da olacaq.
Belə ki, yığmamız fevralın 29-da “Dalğa Arena”da İslandiya komandası ilə qarşılaşacaq. Oyunun başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək.
