16 yanvar 2012 14:09

Elmar Baxşiyev: Neftçidən incik ayrılmaq istəmirəm

“Neftçi”nin yarımmüdafiəçisi Elmar Baxşiyev “Qəbələ”yə keçidi ilə əlaqədar olaraq azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” sizinlə çoxdan maraqlanırdı?
- Onlar hələ ötən il də mənimlə maraqlanmışdı. Özüm də işsiz qalmaq istəmirdim. Harasa keçməliydim. Şadam ki, “Qəbələ” kimi ambisiyalı klubla anlaşa bildim.
 
- Bölgə klubu ilə hansı müddətə kimi müqavilə bağlamağı planlaşdırırsız?
- Böyük ehtimalla bir illik müqavilə bağlayacağıq.
 
- “Neftçi”dən incikliyiniz qalmayıb?
- Uşaqlarla əlaqələrim hələ də qalmaqdadı. Bu günlərdə “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşməliyəm. Ondan halallıq almaq istəyirəm. Necə də olmasa, 3 il idi bu komandada çıxış edirdim. Pis əhval-ruhiyyədə getmək istəmirəm.
 
- Artıq yeni komandanızda məşq etməyə imkan tapmısız?
- Bəli, elə indicə məşqdən qayıtmışam. Burda məni hər şey qane edir. Əlbəttə, bura paytaxt deyil. Amma klub üçün yaradılan şərait təbii ki, hər kəs kimi məni də heyran edir.
 
- Fatih Kavlakla söhbətiniz olub?
- Bəli. O, mənə uğurlar dilədi. Bildirdi ki, kim hazır olacaqsa, o da oynayacaq. Qarşıda bizi Türkiyə toplanışı gözləyir. Orda özümü yaxşı tərəfdən göstərmək istəyirəm. “Qəbələ”nin əsas heyət üzvünə çevrilməyə çalışacağam.
 
- Bu komandada ciddi rəqabət var. Bu, sizi qorxutmur?
- “Qəbələ”yə keçərkən bütün bunlardan xəbərim var idi. Bütün bunlara baxmayaraq, mən ehtiyatda oturmağa hazırlaşmıram.
 
- Yeni komandanızın mövsümün geridə qalan dövründəki çıxışını izləyirdiz?
- Şübhəsiz ki. Düzdü, o vaxt bu komandada çıxış edəcəyimi bilməsəm də, bəzi oyunlarına baxırdım. Yaxşı komandadı, yüksək səviyyəli futbolçulardan qurulub. Bu komandayla ilk altılığa düşmək olar. Ümumiyyətlə, “Qəbələ”nin yeri elə ilk altılıqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.