16 yanvar 2012 02:07

Qəbələ Türkiyəyə yola düşdü

“Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yanvarın 14-də hazırlıq məqsədilə Antalyaya yollanıb. Azerisport.az xəbər verir ki, heyətə daha aşağı yaş qruplarından oyun səviyyəsinə görə fərqlənən futbolçular da cəlb olunub.
 
Yanvarın 24-dək davam edəcək təlim məşq toplanışı müddətində U-17 "Papilion Belvil Otel"də məskunlaşacaq. Hazırlıq dövründə “Qəbələ” yoldaşlıq oyunu keçirəcək. İlk matç yanvarın 17-də “Antalya Kunduspor”un 17 yaşa qədər futbolçulardan ibarət komandasına qarşı baş tutacaq. “Qəbələ”nin ikinci oyunu 20 yanvara planlaşdırılsa da, rəqib hələ ki, müəyyənləşməyib.  3-cü matçda isə Famil Xəlilovun yetirmələri Rusiyanın 16 yaşlılardan ibarət yığması ilə üz-üzə gələcək.
 
“Qəbələ” Antalyaya aşağıdakı heyətlə yollanıb:
 
1.  Əli Həsənli/Qapıçı/1996
2.  Aleksey Dedyukin/Qapıçı/1997
3.  Yusif Şirinov/Qapıçı/1997
4.  Şirməhəmməd Məmmədov/Müdafiəçi/1995
5.  Sadiq Quliyev/Müdafiəçi/1995
6. İbrahim Aslanlı/Müdafiəçi/1996
7.  Vəzir Musayev/Müdafiəçi/1996
8.  Məhəmməd Hüseynov/Müdafiəçi/1997
8.  Bəhlul Mustafazadə/Müdafiəçi/1997
9.  Çingiz Hüseynov/Müdafiəçi/1997
10.  Elvin Camalov/Yarımmüdafiəçi/1995
11.  Əsgər Nəbiyev/Yarımmüdafiəçi/1995
12.  Elnur Mustafazadə/Yarımmüdafiəçi/1995
13.  Tellur Mütəllimov/Yarımmüdafiəçi/1995
14.  Tərlan Əhmədov/Yarımmüdafiəçi/1996
15.  Qismət Alıyev/Yarımmüdafiəçi/1996
16.  Həsi Hümbətli/Yarımmüdafiəçi/1996
17.  Roman Hüseynov/Yarımmüdafiəçi/1997
18.  Əli Səmədov/Yarımmüdafiəçi/1997
19. Sahil Mirzəyev/Yarımmüdafiəçi/1997
20. Fərid Hacıyev/Hücumçu/1995
21. Ehtiram Şahverdiyev/Hücumçu/1996
22. Coşqun Süleymanov/Hücumçu/1998
23. Fərid Əsədli/Hücumçu/1998
 
Baş məşqçi: Halim Fıçıcı
Məşqçi: Famil Xəlilov
 
Xatırladaq ki, “Qəbələ” U-17 ötən il də qış fasiləsi hazırlıq dönəmini Antalyada keçirmişdi. Həmin vaxt “Qəbələ” U-17 liqasının çempionu olduğu üçün AFFA tərəfindən Türkiyəyə göndərilmişdi. Ötən mövsüm isə “Qəbələ” U-17 liqasında gümüş medallara sahib olub. Bu dəfə  klub rəhbərliyi “Qəbələ”nin Antalyada təlim-məşq keçməsini təmin edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.