16 yanvar 2012 15:24
Xəzər Lənkəran iki legionerini transferə çıxardı
"Xəzər Lənkəran" Futbol Klubu hücumçu Deyan Rusiçi və yarımmüdafiəçi Mario Rosası transferə çıxarıb. Azerisport.az xəbər verir ki, adı çəkilən futbolçularla yolların ayrılması qərarı baş məşqçi Cüneyt Biçer tərəfindən verilib.
Biçer bu futbolçuların hazırki səviyyəsinin onu qane etmədiyini əsas gətirərək belə addım atıb. Bu səbəbdən komanda bu gün Antalya toplanışına bu iki futbolçusuz gedib.
Hər iki futbolçu keçən ilin avqustundan cənub klubundaydılar. 29 yaşlı Deyan Rusiç 15 oyunda "Xəzər Lənkəran"ın şərəfini qoruyub, 31 yaşlı Mario Rosas isə komandanın formasını 10 görüşdə geyib.
