16 yanvar 2012 15:39
Rəvanın yeniləri nə vaxt gələcək?
“Rəvan” məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, ilk olaraq yerli futbolçular və əvəzedici heyətdən cəlb olunmuş bəzi futbolçular məşqlərdə iştirak edib.
Legionerlər isə dünəndən Bakıya qayıtmağa başlayıb. Onlar ilk öncə tibbi müayinədən keçəcək, sonra isə komandaya qoşulacaq.
Baş məşqçi Vladislav Qədirovun verdiyi məlumata görə komanda yanvarın 21-ə kimi “Dalğa Arena”da hazırlaşacaq, sonra isə Mingəçevir və ya Salyana yolə düşəcək. Bu zaman yeni futbolçular (yerli və legioner) təlim-məşq toplanışında yoxlanılacaq. 3 yoxlama görüşünün keçirilməsidə planlaşdırılıb.
