16 yanvar 2012 15:52

AFFA-nın ad müsabiqəsi davam edir

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı üçün ad axtarışı müsabiqəsi davam etdirilir. Azerisport.az xəbər verir ki, məqsəd əhalinin qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində keçirilən tədbirlərdə iştirakını dəstəkləməkdi.
 
Müsabiqə 15 fevral, 2012-ci ilə qədər davam etdiriləcək və qalibə Yerli Təşkilat Komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim ediləcək. Təkliflərinizi [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Aşağıda bütün qaydalar və təlimatlarla daha ətraflı tanış ola bilərsiniz:
 
* Müsabiqə bütün Azərbaycan vətəndaşlarına açıqdır.
* Təkliflər “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012/rəsmi talismanına ad müsabiqəsi” başlığı altında yollanmalıdır.
* Bu müsabiqə Yerli Təşkilat Komitəsinin (YTK) əməkdaşları, müqavilə əsasında çalışan işçilər və bu və ya digər şəkildə YTK-ya və ya müsabiqənin təşkilatçılarına aidiyyatı olan şəxslərə, onların ailə üzvlərinə açıq deyil.
* Təkliflər qarşıdan gələn FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə əlaqəli olmalıdır.
* Təkliflər milli-mənəvi dəyərlərə uyğun olmalıdır.
* Təkliflər təkraredilməz və orijinal olmalıdır.
* Təkliflər çox tanınmış və ya məşhur adlar olmamalıdır.
* Bir şəxs tərəfindən bir və ya bir neçə təklif qeydə alına bilər.
* İştirakçılar aşağıdakı məlumatları daxil etməlidirlər: ad, soyad, yaş, əlaqə vasitələri (telefon nömrəsi, ünvan).
* 18 yaşdan aşağı iştirakçılar qeydləri təqdim edərkən valideynlərindən və ya təyin olunmuş qəyyumlardan icazə almalıdırlar. Hər an valideynlər və ya təyin olunmuş qəyyumlardan icazə sənədi tələb oluna bilər .
* Bu müsabiqəyə daxil olmaqla siz həm YTK və/və ya FIFA-nın, həm də üçüncü tərəfin sizin göndərdiyiniz qeydlərə bənzər qeydləri tərtib edə bilməsi ehtimalını qəbul edirsiniz. Siz YTK və/və ya FIFA-nın sizin hüquqlarınızı heç bir şəkildə pozmadan rəsmi talismanın adı və ya təbliğat anlayışı tərtib edə bilməsini də qəbul edirsiniz. Siz həmçinin, YTK və/və ya FIFA-nın sizin qeydlərinizin əsas qismini təqlid etmədən tamamilə və ya bir qismini inkişaf etdirə bilmə və onlardan istifadə etmə hüququna malik olduğunu da qəbul edirsiniz.
* Təkliflər YTK və/və ya FIFA-nın mülkiyyəti olub, müvafiq tərəfdaşlar tərəfindən təbliğat və reklam kampaniyalarında istifadə oluna bilər.
* YTK və/və ya FIFA öz mülahizələrinə uyğun olaraq təkliflərdən imtina etmə hüququnu qoruyur.
* Müsabiqənin nəticələri FIFA tərəfindən qiymətləndiriləcək.
* Əgər sizin daxil etdiyiniz qeydlər qaliblər arasındadırsa (yəni birinci yerin sahibi və ya həvəsləndirici mükafata layiq görülübsə), siz razısınız və qəbul edirsiniz ki, YTK və/ və ya FIFA qismən və ya tamamilə sizin qeydlərinizə əsaslanmaqla onu yenidən istehsal edə bilər və tamamilə və ya qismən YTK və/və ya FIFA-nın internet səhifəsi və/ və ya bu kimi digər təbliğat materialında istifadə edə bilər.  
* YTK və/və ya FIFA heç bir şəkildə gec yollanılmış təkliflərlə bağlı məsuliyyət daşımır. Təklifi göndərmiş olmanız hələ onun ünvana çatmasına dəlalət etmir.
* Münasib olmayan və ya saxta qeydlərə görə məsuliyyət qəbul edilmir.
* İdarə ediləbilməyən vəziyyətlərdə və YTK-nın fikrincə buna ehtiyac olduqda hər hansı mərhələdə YTK müsabiqəni ləğv etmək hüququna malikdir.
* Müsabiqəyə daxil olarkən qeyd olunan qaydaları qəbul etmiş olmaqla siz onlara riayət etmək və müvafiq olaraq, öhdəlikləri öz üzərinizə götürürsünüz.
* Bu qaydalar İsveçrə qanunları ilə tənzimlənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.