16 yanvar 2012 16:47
“Düzgün oynayaraq layiqli qələbə qazandıq”
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Özbəkistan – Ukrayna oyunundan sonra ukraynalıların baş məşqçisi Qennadi Lisençuk matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
“Ardıcıl 3 qələbə qazanaraq turnirin qalibi olduq. Özbəkistan yığması ilə oyun çətin keçdi. Düşünürəm ki, düzgün oynayaraq layiqli qələbə qazandıq. Avropa çempionatı ərəfəsində turnirin qalibi olmağımız əhval-ruhiyyəmizi yüksəltdi. Turnirin təşkilatçılığı və hakimlik yüksək səviyyədə idi”.
