16 yanvar 2012 16:53
“Oyun ərzində yol verdiyimiz 2 səhv qolla nəticələndi”
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Özbəkistan – Ukrayna oyunundan sonra özbəklərin baş məşqçisi Joze Maria Pazos Mendez matçla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:
“Oyuna yaxşı köklənmişdik. Xüsusən müdafiədə daha diqqətli olmalıydıq. Ukrayna yığmasının oyunlarını izləmişdik. Çox sürətli oynayırlar. İlk növbədə bunun qarşısını almalıydıq. Oyun ərzində yol verdiyimiz 2 səhv qolla nəticələndi. Hesabı bərabərləşdirməyə dirəklər imkan vermədi”.
