16 yanvar 2012 17:00
İnter Podolski ilə bağlı xəbərləri təkzib etdi
Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində belə bir məlumat yayılıb ki, guya "İnter" klubu Almaniya milli komandasının futbolçusu Lukas Podolskiyə maraq göstərir. Lakin bu məlumatlar təsdiqini tapmayıb.
Belə ki, paytaxt klubu sözügedən məsələ ilə bağlı rəsmi bəyanat yayıb. Məlumatda bildirilir ki, klub rəhbərliyi sözügedən futbolçu ilə maraqlanmır və bu informasiya həqiqəti əks etdirmir.
Qeyd edək ki, ötən gün Podolski öz açıqlamasında Azərbaycan klublarından onunla maraqlandığını bəyan etmişdi. Lakin o, konkret ad açıqlamamışdı.
