16 yanvar 2012 17:23
Millimizin baş məşqçisi azərbaycanlı həmkarları ilə görüşdü (FOTO)
Bu gün AFFA-nın Futbol akademiyasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt U-17 UNİCEF qızlar Liqası və U-15 qızlar Liqasında çıxış edən komandaların baş məşqçiləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə qeyd olunan liqalarda birinci dövrə ərzində əldə olunan nəticələr müzakirə olunub, ikinci dövrənin oyunları ilə bağlı fikir mübadiləsi aparılıb.
