16 yanvar 2012 17:50
“Azərbaycan AÇ-də bizə başağrı ola bilər”
Futzal üzrə Portuqaliya yığmasının baş məşqçisi Jorje Braş qarşıdan gələn Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan və Serbiya ilə eyni qrupda yer alan portəgizlərin çalışdırıcısı öncə bunları dilə gətirib:
“Bizim əsas hədəfimiz Azərbaycanı da, Serbiyanı da yenməkdi. Qrup mərhələsində cəmi iki oyunumuz olacaq. Bu oyunlarda uğur qazanandan sonra birinci olmağımıza heç nə mane ola bilməz. Ola bilər ki, kimlərəsə bizim potensialımızın o qədər də yüksək olmadığı görünsün. Amma bu, belə deyil. Bizim oyunçularımız özləri də nəyə qadir olduqlarını bilirlər”.

Braş yığmamızdan danışarkən bunları söyləyib: “Azərbaycanın çox güclü yığması var. Heyətlərində çoxlu braziliyalı oyunçular var. Onlar bir-birini çox yaxşı başa düşürlər. Rəqibimiz yaxşı təşkilatlanmış komandadı. Ola bilsin ki, Serbiya komanda planında onlar qədər yaxşı deyil. Amma serblərin də oyunçuları fərdi baxımdan öz sözlərini deməyi bacarıblar. Azərbaycan bu qrupda bizim üçün başağrı ola bilər. İki il öncə onlar Avropa çempionatının yarımfinalına kimi irəliləmişdilər. O vaxtdan bəri heyətləri dəyişməyib”.
Qeyd edək ki, növbəti Avropa çempionatın yanvarın 31-dən fevralın 11-nə kimi Xorvatiyada keçiriləcək. D qrupunda yer alan Azərbaycan millisi ilk oyununu fevralın 1-də Portuqaliyaya qarşı keçirəcək. 3 gün sonra isə serblərlə qarşılaşacağıq.