16 yanvar 2012 17:38
Hakimlərimiz Almaniya və İsveçrə klublarının oyununda
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz bu gün 4 oyun idarə edəcəklər. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, onları aşağıdakı oyunları idarə etmək vəzifəsi gözləyir:
“Münxen-1860” (Almaniya) – “Tun” (İsveçrə)
Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev
“Tobol” (Qazaxıstan) – Çernoqoriya klubu
Rəhim Həsənov, Rza Məmmədov, Nahid Əliyev
“Kayrat” (Qazaxıstan) – “Qold Menecer” (İsveçrə)
İnqilab Məmmədov, İlham Əliyev, Azər Əsgərov
“Paxtakor” (Özbəkistan) – “Sandıklı” (Türkiyə)
Hacıəli Ağayev, Elşən Acalov, Namiq Hüseynov
