16 yanvar 2012 18:54
Joze Alesio: Türkiyəyə qarşı daha yaxşı oynadıq
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra yığma komandamızın baş məşqçisi Joze Alesio Da Silva fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:2 hesablı heç-heçəsi ilə bağlı bunları söyləyib:
“Daha əvvəl dediyim kimi, bayramdan sonra birlikdə yetərincə məşq keçə bilmədik. Bu gün daha yaxşı oynadıq. Bilirsiniz ki, turnirin əsas məqsədi AÇ-nin final oyunlarına hazırlaşmaq idi. Bu cür turnirlər təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb edir. Bizi fevral ayında daha çətin oyunlar gözləyir”.
