16 yanvar 2012 19:15
“Azərbaycan ilə oyunda yaratdığımız imkanlardan istifadə edə bilmədik”
V Bakı Beynəlxalq Futzal Turnirində bu gün keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra qardaş ölkə yığma komandasının baş məşqçisi Ömer Kaner fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, komandasının 2:2 hesablı heç-heçəsi ilə bağlı bunları söyləyib:
“Güclü komandaların iştirakı ilə çox gözəl, maraqlı turnir keçdi. Azarkeşlər həyəcanlı oyunların şahidi oldular. Avropa çempionatının final mərhələsindən əvvəl komandalar zəif cəhətlərini görmək imkanı əldə etdilər. Son iki oyunda müdafiədəki oyunumuz məni artıqlaması ilə qane etdi. Düzdü, müdafiə olunarkən qol vurmağı da düşünmək lazımdı. Yaratdığımız imkanlardan istifadə edə bilmədik”.
