16 yanvar 2012 19:23
Deportivonun hücumçusu Azərbaycan millisində
Yanvarın 20-dən 29-a qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, İspaniyanın “Deportivo Castellon” klubunun üzvü Rizvan Umarov yığmamızın hazırlıq prosesində iştirak edəcək.
