16 yanvar 2012 21:05
Sumqayıt da Antalyada
“Sumqayıt” Futbol Klubu Premyer Liqaya hazırlıq məqsədi ilə Antalyada təlim-məşq toplaşına start verib. Azerisport.az xəbər verir ki, bu gün Belek bölgəsində yerləşən “Arcadia Limak” mehmanxanasına gələn komandanın heyətində 25 futbolçu yer alır.
Bernard Raabın komandası sabahdan etibarən gündə iki dəfə olmaqla məşq edəcək. “Sumqayıt” Antalyada 3 yoxlama oyunu keçirəcək. İlk rəqib isə Qazaxıstan Premyer Liqasında ikinci pillədə qərarlaşan “Jetisu” Futbol Klubu olacaq. Qarşılaşma 19 yanvar Bakı vaxtı ilə 12:30-da baş tutacaq.
