16 yanvar 2012 11:37

Vitali Borisov: Bunu AÇ-nin oyunları göstərəcək

Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Vitali Borisov Bakıda təşkil olunan beynəlxalq turnirdəki Ukraynaya məğlubiyyətdən (2:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Ukraynanı bu dəfə məğlub edə bilmədik. Buna nə səbəb oldu?
- Biz bu dəfə də qələbə qazana bilərdik. Gözlənildiyi kimi, oyun çox gərgin keçdi. Ukrayna çox hərəkətli komandadı. Onlar dördlüyü tez-tez dəyişirdilər, tempi qorumağa çalışırdılar.
 
- Düşünmürsüz ki, yığmamızın oyunu heç də alınmadı?
- Nələrsə bizdə alınmadı, nələrsə rəqibdə. Bütövlükdə, biz gec toparlandıq. Halbuki, tez özümüzə gəlib, oyunda dönüş yaratmalıydıq. Onda hər şey tam fərqli də ola bilərdi.
 
- Hamıdan gec toplanışa braziliyalılar gəlsələr də, daha çox onlara üstünlük verildiyi hiss olunurdu...
- Bu, o demək deyil ki, bizim dördlük məşq etmirdi. Hamımız birgə məşq etmişdik. Sadəcə, baş məşqçi oyunun gedişində öz seçimini həyata keçirir.
 
- Sona dörd dəqiqə qalmışa kimi 0:3 hesabıyla uduzsaq da, sonda layiqli məğlubiyyət aldız. Böyük hesabla uduzmaq istəmirdiz?
- Biz erkən qol da vura bilərdik. İki dəfə mənim, bir dəfə Serjionun zərbəsi dirəkdən döndü. Sonda da iki yox, daha çox qola imza ata bilərdik. Əlbəttə, doğma meydanda keçirilən oyunda uduzmaq istəmirdik.
 
- Deməli, bu turniri qazanmaq bu dəfə yığmamıza nəsib olmayacaq?
- Bu, bizim qarşımıza əsas hədəf kimi qoyulmayıb. Əsas məqsəd qarşıdakı Avropa çempionatına yaxşı hazırlaşmaqdı.
 
- İki həftə ərzində qitə çempionatına tam hazır ola biləcəksiz?
- Bunu dəqiq deyə bilmərəm. Ola bilər 100 faiz hazır olaq, ola bilər 80 faiz. Bəlkə indikindən də pis çıxış edək. Məşqlərimizi davam etdirəcəyik, hazırlaşacağıq. Bunu nə dərəcədə yaxşı bacardığımızı isə AÇ-nin oyunları göstərəcək. Xorvatiyadakı oyunlar daha məsuliyyətli olacaq. Orda çətin ki, hansısa rəqibimizə 0:3 hesabıyla uduzaq. Orda belə səhvlər buraxmaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.