16 yanvar 2012 11:44
AFFA prezidenti yeni stadionla tanış olub (FOTOREPORTAJ)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezident Rövnəq Abdullayev Bakı şəhəri, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən stadionda olub. Azerisport.az xəbər verir ki, tikinti işlərinin gedişi ilə tanış olan AFFA prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, 8-ci kilometr qəsəbəsində inşa olunan stadion FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin startına 3 ay qalmış hazır olacaq. Dünya çempionatının bəzi oyunları bu stadionda keçiriləcək.
