16 yanvar 2012 11:51
Qarabağ Antalyaya çatdı, Qurban Qurbanov Bakıya qayıdır
“Qarabağ” artıq Antalyadadı. Azerisport.az xəbər verir ki, Bakı – İstanbul - Antalya reysiylə hərəkət edən komanda Türkiyəyə çatıb.
Axşam saat 7 raddələrində məskunlaşacağı “Arcadia Limak” otelinə varid olan komanda ilk günü məşqsiz keçirib. Təlim-məşq toplanışına 22 futbolçuyla gələnə komandanın baş məşqçisi Qurban Qurbanov sabah düşərgəyə gələcək. “Barcelona”nın düşərgəsindən bu gün Bakıya dönən çalışdırıcı bərpa prosesi keçən Rəşad Sadıqovla birgə Antalyaya sabah gələcək.
Bu günə komandanın 2 məşqi nəzərdə tutulub. Günün ilk çalışması yerli vaxtla 11:00-a nəzərdə tutulub.
