16 yanvar 2012 00:55
Yığmamızın hücumçusu Türkiyə Superliqasında qol vurdu
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Cihan Özkara Türkiyə Superliqasında qol hesabını açıb. Azerisport.az xəbər verir ki, gənc hücumçu “Sivasspor”un heyətində fərqlənib.
Cihanın komandası 20-ci turda “Ankaragücü”nü qəbul edib. Futbolçumuz 61-ci dəqiqədə Rikardo Pedriel Suaresin əvəzinə meydana çıxıb. Oyuna daxil olduqdan 5 dəqiqə sonra rəqib qapısına yol tapan Özkara hesabı 3:0-a çatdırıb. “Sivasspor”un digər iki qoluna Mixael Eneramo və Kamil Qrosiçki imza atıb.
20 turda 31 xal toplayan “Sivasspor” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
