17 yanvar 2012 00:55
Adrian Pit: Razıyam Neftçiyə uduzaq, amma çempion olaq
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində komandasının mövsümün qalan hissəsinə hazırlığından danışıb.
- Adrian, yeni ili necə keçirdiniz?
- Əla!Milad bayramında nənəmin kampaniyasına qatıldım, daha sonra dostlarımla, sevgilimlə, bacımla görüşdüm. Yeni ili isə anamla birgə keçirdim.
- Artıq bayramlar və istirahət başa çatıb və futbol oynamaq zamanıdı. Hazırsız?
- Mən futbol oynamağa həmişə hazıram.
- Əla! Onda deyin görək mövsümün əvvəlində gözlərdiz ki, qış fasiləsində Mirça Rednikin yox, başqa mütəxəssisin rəhbərliyi altında hazırlaşarsız?
- Futbolçu hər şeydən öncə öz oyunu haqda düşünməlidi, baş məşqçi barədə yox. Sizin sualınıza gəlincə, onu belə cavablandırardım: biz Cüneyt Biçərin rəhbərliyi altında çalışmağa şadıq.
- Və hesab edirsiz ki, “Xəzər Lənkəran”ı uğurlara daşıya biləcək şəxs məhz odu?
- Əgər biz onun istədiyi hər şeyi meydanda edə bilsək, o zaman yüz faiz əminəm ki, biz çempionatı qazana bilərik. Amma hər şeyə addım-addım nail olmaq mümkündü.
- “Xəzər Lənkəran”a çoxlu transferlər lazımdı?
- Xeyr, fikrimcə, bizə ötən il oynadığımız uşaqlar kifayətdi. Amma bu, sadəcə mənim fikrimdi. Mənə elə gəlir ki, hər yarım ildən bir 5-6 futbolçu dəyişmək düz deyil.
- Xeyr, fikrimcə, bizə ötən il oynadığımız uşaqlar kifayətdi. Amma bu, sadəcə mənim fikrimdi. Mənə elə gəlir ki, hər yarım ildən bir 5-6 futbolçu dəyişmək düz deyil.
- Bəs özünüz müqavilənizin müddəti bitən kimi klubu tərk etmək istəyirsiz, yoxsa Azərbaycandakı karyeranızı davam etdirməyi?
- Mən tez-tez komanda dəyişməyi sevmirəm. Mən İtaliya karyeram zamanı belə aqibətlə üzləşmişəm və bilirəm ki, çox pisdi. “Xəzər Lənkəran”da olduğum üçün xoşbəxtəm. Amma hər şey klub rəhbərliyindən asılıdı. Əgər onlar yenə mənim burda qalmağımı istəsələr, qalaram. Əgər istəməsələr, menecerim vasitəsi ilə başqa variantlar axtarmalı olacağam.

- Hazırlıq matçlarında nəticə sizin üçün nə dərəcədə önəmli olacaq?
- Yoxlama matçlarında nəticə o qədər də vacib deyil. Əsas yaxşı hazırlaşmaqdı. Biz 2011-ci ilin son üç oyunundakı işimizi davam etdirməliyik.
- Yoxlama matçlarında nəticə o qədər də vacib deyil. Əsas yaxşı hazırlaşmaqdı. Biz 2011-ci ilin son üç oyunundakı işimizi davam etdirməliyik.
- Artıq “Neftçi”dən revanş almaq haqda düşünməyə başlamısız?
- Bilirsiz, əslində mənimçün hansı hesabla uduzmağın fərqi yoxdu – 0:1 və ya 0:5. İstənilən halda hamısı xalsız qalmaq deməkdi. Mən sadəcə məğlubiyyəti sevmirəm. Hansı hesabla olursa, olsun. Buna görə də “Neftçi” üzərində revanş almağı istəyirəm. Amma daha sırf onlardan 5 qol buraxdığımıza görə yox. Sadəcə, məğlub olduğumuz üçün.

- “Neftçi”yə dörd oyunda uduzub, amma sonda çempion olmağa razılaşardız?
- Gəlin, öncə “Turan”la oyun haqda düşünək. Fasilədən sonrakı ilk oyunumuz onlarladı. Amma Azərbaycan çempionu olmağı istərdim, hətta “Neftçi”yə uduzmaq şərtilə olsa da belə.