17 yanvar 2012 01:16
Qarabağ serbiyalı yarımmüdafiəçidən imtina etdi
“Qarabağ” Serbiya millisinin və Fransanın “Lille” klubunun sabiq yarımmüdafiəçisi Nenad Kovaçeviçin xidmətindən yararlanmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, o, azad agent kimi Ağdam klubuna təklif olunub.
Amma bölgə təmsilçisi bu futbolçunu almaq istəməyib. Serbiyalı orta sahə oyunçusunun son iş yerinin “Crvena Zvezda” olduğunu da qeyd edək.
Kovaçeviçin Serbiya millisində 2003-2008-ci illər aralığında 25 oyun keçirdiyini də vurğulayaq.
