17 yanvar 2012 13:26

DÇ-2012-nin Könüllülük Proqramına start verildi

Hər bir FIFA çempionatı kimi, Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatını da könüllülərin iştirakı olmadan təşkil etmək mümkünsüzdü. Azerisport.az xəbər verir ki, onların məqsədyönlülüyü, yardımsevərliyi və dostcanlılığı dünyanın dörd bir tərəfindən gəlmiş azarkeşlərin yaddaşına müsbət və unudulmaz xatirələr həkk edəcək və çempionatı daha da rəngləndirəcək.
 
Planlara əsasən, çempionata yerli və xarici olmaqla  1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərə bilərlər.
 
Qeyd edək ki, könüllülük proqramının bir sıra özəllikləri vardır. Belə ki, könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoymadan formalaşdırılacaqdır. Beynəlxalq könüllülər komandasına üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dili bacarığının olması ilkin şərtlərdəndir.
 
Hər bir könüllü bir neçə üstünlüklərə sahib olacaq:
- Könüllülər üçün xüsusi hazırlanmış uniforma
- Xidmət günlərində qida və içkilər
- FIFA və Yerli Təşkilat Komitəsi tərəfindən təşkil ediləcək peşəkar təlimlər
- Xidmət günlərində ictimai nəqliyyatdan ödənişsiz istifadə
- FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin beynəlxalq könüllülük sertifikatı
- Könüllülər üçün təşkil edilmiş müxtəlif tədbirlərdə iştirak
- Könüllü komandası ilə birlikdə ölkədaxili səfərlər və könüllülər üçün xüsusi hazırlanmış digər əyləncəli tədbirlərdə iştirak
 
Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs linkə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012/Könüllülük” başlığı altında yollaya bilərlər.
http://www.fifa.com/u17womensworldcup/organisation/volunteers/index.html
Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lər, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda bu aydan başlayaraq mütəmadi təqdimatlar keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.