17 yanvar 2012 01:28
Yunanıstan mətbuatı Araz Abdullayevdən yazmaqda davam edir
Yunanıstanın "Panionios" klubunda çıxış edən Araz Abdullayev yerli mətbuatın diqqət mərkəzindədir. Azerisport.az xəbər verir ki, adı çəkilən ölkənin media nümayəndələri onun oyununa toxunub:
"Hücum xəttinin 3 futbolçusu Abdullayev, Şkempri və Kutsi gözəl oyun nümayiş etdirdilər. Abdullayev və Şkemprinin çıxışını isə xüsusi qeyd etmək lazımdı. Onlar rəqibi daim təzyiq altında saxladılar".
Xatırladaq ki, Araz Abdullayevin forma geyindiyi "Panionios" klubu son turda "Panaitolikos" komandasını 1:0 hesabı ilə məğlub etdi. Futbolçumuz həmin matçda start heyətində meydana çıxmış və 67-ci dəqiqədə əvəzlənmişdi.
