17 yanvar 2012 15:26
Serjio: Bəsdi Maşadoya görə ağladıq
Futzal üzrə Azərbaycan yığmasının hücumçusu Serjio Bakıda təşkil olunan beynəlxalq turnirdən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Ənənəvi turniri bu dəfə uğurla başa vurmaq mümkün olmadı. Ukraynaya məğlub oldunuz, Türkiyəni yenə bilmədiniz..
- Biz yenə bu turnirin qalibi olmaq istəyirdik.Amma ilk dəfə bunu bacarmadıq. Türkiyə ilə oyunda əhval-ruhiyyə də yaxşı deyildi. Bu da güman ki, bir gün əvvəlki Ukraynaya məğlubiyyətlə bağlı idi. Təbii ki, onlara uduzmağımız üzücü oldu. Axı biz o qədər qol vəziyyəti yaratdığımız halda, ukraynalıları yenə bilmədik. Buraxdığımız qollar isə daha acınacaqlı idi.
- Niyə?
- Onların da günahı özümüzdə idi. İki həftə sonra Avropa çempionatı start götürəcək. Belə vacib oyunlar ərəfəsində o cür səhvlər buraxmaq olmaz. Ola bilər komandada yorğunluq var idi. Bütövlükdə, bizdə heç də hər şey alınırdı demək mümkünsüzdü.

- Çıxışınızı boşa verilmiş saymaq olar?
- Biz hələ tam hazır deyilik. Braziliyalı oyunçuların bəziləri hazırlığa gec qatıldılar. Onlarla sonuncu dəfə məşq etdiyimi xatırlamıram. Mən özüm Ukraynada oynayıram. İki gün öncə gəldim, oyuna çıxdım. Bununla özümüzə haqq qazandırmaq istəmirəm. Amma ağırdı. Orda tam fərqli taktikayla çıxış edən komandada oynayıram, burda ayrı. Hazırlıq üçün daha çox vaxt lazım gəlir.

- Bəs iki həftə sonrakı AÇ-yə hazır ola biləcəksiz?
- Hazır olmalıyıq. Başqa çıxış yolumuz yoxdu. AÇ-2010-da biz yarımfinala qədər irəliləmişdik. Başa düşdüyüm qədərilə, Azərbaycanda heç kim ondan zəif çıxış etməyimizi istəmir.
- Maşado Nilsonun yoxluğunda buna nail ola biləcəyik?
- O, zədə alıb və qısa zamanda sıraya dönməsi qeyri-mümlündü. Biz maşın deyilik, insanıq, zədələnə bilərik. Bəsdi Maşadoya görə ağladıq. Bu dəfə də onsuz oynamalıyıq. Kim sağdı, hazırdı, onların xidmətindən yararlanmaq lazımdı. Düzdü, onsuz çətin olacaq. Amma biz Maşadosuz da uğurlu çıxış edə bilərik.
- Yeri gəlmişkən, Joze Alesio son turnirdə siz braziliyalıları ayrıca dördlükdə meydana buraxırdı. AÇ-də də belə olacaq?
- Hər halda bu suala baş məşqçi daha dəqiq cavab verə bilərdi. O, ilk dəfəydi braziliyalıları birgə oynadırdı. Amma komandanı belə ayırmağın əleyhinəyəm. Çünki biz hamımız azərbaycanlıyıq.
- Hər halda bu suala baş məşqçi daha dəqiq cavab verə bilərdi. O, ilk dəfəydi braziliyalıları birgə oynadırdı. Amma komandanı belə ayırmağın əleyhinəyəm. Çünki biz hamımız azərbaycanlıyıq.