17 yanvar 2012 16:22
“Özümüzü oyunda sınamağın vaxtıdı”
"Neftçi"nin müdafiəçisi Ruslan Abışovun "Dinamo"ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi Almaniya klubu ilə oyundan öncə bunları dilə gətirib:
"Belə oyunlar hazırlıq səviyyəmizi yoxlamaq üçün vacibdir. Artıq 1 həftədir ki, mütəmadi olaraq məşq edirik. Məncə özümüzü oyunda sınamağın vaxtıdı. "Dinamo"ilə matç yoldaşlıq oyunu olsa da, meydana qələbə üçün çıxacağıq".
