17 yanvar 2012 17:02
Neftçi finala yüksəldi
"Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirinin finalına yüksəlib. Azerisport.az xəbər verir ki, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 yarımfinalda Ukraynanın Lvov şəhərinin futbol məktəbinin komandası ilə qarşılaşıb.
Rövlan Muradovun qol vurduğu oyunun əsas və əlavə vaxtlarında heç-heçə qeydə alınıb - 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (5:4) “ağ-qaralar” finala vəsiqə qazanıblar.
Qeyd edək ki, yanvarın 19-da keçiriləcək həlledici görüşdə "Neftçi"nin rəqibi Rusiyanın "Sozvezdiye" klubu olacaq.
