17 yanvar 2012 17:29
“Vaqif Cavadovun cəzalı olmasından xəbərdarıq”
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl keçmiş oyunçuları Vaqif Cavadovu yenidən qaytarmalarına rəğmən, onun beş oyunda meydana çıxa bilməyəcəyi faktının onları narahat etmədiyini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bilirik ki, Vaqif Cavadov AFFA tərəfindən cəzalandırılıb. Amma biz onun xidmətindən mümkün qədər tez yararlanmaq istəyirik. Fevralda bizi çətin oyun gözləyir. Əgər beş oyunluq cəza qüvvəsində qalsa, biz onun xidmətindən yalnız final mərhələsində yararlana biləcəyik. Ümidvaram ki, həmin vaxta kimi Vaqif əla forma yığacaq. O, “Qarabağ”a kömək edəcək”.

Qeyd edək ki, Cavadov millidə oynamaqdan imtina etdiyinə görə AFFA-nın çıxardığı qərara əsasən, “Qarabağ”ın ilk beş oyununda forma geyə bilməyəcək və 5000 manat cərimə olunacaq.