17 yanvar 2012 18:12
Xəzər Lənkəranın Antalya toplanışı (FOTOLAR)
“Xəzər Lənkəran”artıq iki gündür ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda daxilində yüksək əhval-ruhiyyə hökm sürür və futbolçular səhər texniki, axşam isə taktiki planda məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirirlər. Toplanış çərçivəsində 5 yoxlama oyunu keçirəcək “Xəzər Lənkəran” ilk yoxlama oyununu yanvar ayının 21-də Türkmənistan yığmasına qarşı kecirəcək.
