17 yanvar 2012 18:22

Qəbələ çempionluğun bir addımlığında

Latviyada - “Riga Open 2012” turnirində çıxışını uğurla davam etdirən “Qəbələ”nin U-13 komandası günə 2 qələbə ilə yekun vurub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə - yanvarın 16-da 1 qələbə və 1 heç-heçə ilə yadda qalan komanda bu gün ilk matçda yerli “Super Nova” klubu ilə üz-üzə gəlib.
 
“Qəbələ”nin üstünlüyü ilə keçən matçda Elvin İmanlı (2) və Fərid Nəbiyevin qolları təmsilçimizə 3:1 hesablı qələbə qazandırıb. Günün ikinci matçında isə “Qəbələ” rəqibi “Yelqava”nı darmadağın edib – 5:1. Qarşılaşmada 4 dəfə fərqlənən Elvin İmanlı turnirdəki qollarının sayını 6-ya çatdırıb. Matçda Cavidan İmanlı da qol hesabını açıb. Bu nəticələrdən sonra aktivindəki xalların sayını 10-a çatdıran “Qəbələ” vurduğu və buraxdığı qolların fərqinə görə (11-3) birinci pillədəki yerini qoruyub. İkinci yerdə isə “Dinamo Riga” qərarlaşıb. “Qəbələ” sabah Bakı vaxtı ilə saat 13:00-da turnirin son matçında “Riga FC” ilə üz-üzə gələcək. Komanda qalib gələcəyi təqdirdə çempionluq kubokunu başı üzərinə qaldıracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.