17 yanvar 2012 21:28
Böyükağa Hacıyev: Görüş heç-heçə bitsəydi, daha ədalətli olardı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev "Dinamo" (Drezden, Almaniya) ilə oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisini belə şərh edib:
“Bir həftədi ki, Antalyada hazırlıq keçirik. Komandanın dözümlüyünü artırmaq istiqamətində işlər aparırıq. Məqsədimiz o idi ki, futbolçuların məşqlərdən nə qədər yararlandığını bilək. Oyuna gəlincə. "Dinamo" Almaniyanın ən köklü klublarından biridi. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, matç bərabər səviyyədə keçdi. Görüş heç-heçə başa çatsa idi, daha ədalətli olardı. Ümumilikdə komandadan razı qaldım. Bəzi oyunçular öz üzərlərində işləməlidirlər. İkinci hissədə heyəti demək olar ki, bütünlüklə dəyişdim. Bu gün meydana çıxan Emin Mehdiyev, Kənan Manaflı, Elnur Soltanlının oyunu ümidvericidi. İnanıram ki, yaxın gələcəkdə onlar "Neftçi"nin əsas heyətində möhkəmlənəcəklər".