17 yanvar 2012 11:23

Demyanenko: Azərbaycan klubları tez-tez baş məşqçi dəyişirlər

“Neftçi”nin sabiq baş məşqçisi, ukraynalı mütəxəssis Anatoli Demyanenko azerisport.az saytına müsahibəsində bir sıra maraqlı açıqlamalar verib.
 
- Sizi Türkiyədə görməyimizə şadıq. Hazırda “Volın”a rəhbərlik etsəz də, “Neftçi”dəki xatirələrinizi bilmək istərdik...
- Artıq dörd ilə yaxın vaxt keçsə də, yenə məmnuniyyətlə xatırlayıram. Həm yaxşı, həm də pis günlər oldu. Bu yaxınlarda keçmiş yetirmələrimdən Adamiyanı, Sadiqovu, Tağızadəni gördüm. Qucaqlaşdıq, keçmiş günləri yada saldıq. Deməli, ürəkdə nələrsə qalıb.

- Bunlar yaxşı məqamlar idi. Bəs pis olanlar?
- Əfsuslar olsun ki, mənə lazımınca vaxt verilmədi. Yeni komanda yaratmağa çalışsam da, buna imkan verilmədi. Yeddi ay həddən artıq az bir müddət idi. Məsələn, Özbəkistanda mənə il yarım vaxt verdilər. O zaman bu komandayla Asiya Konfederasiyalar Kubokunu qazandıq. Hansı ki, bu, Özbəkistan futbolu tarixində ilk belə uğur idi.
 
- Deməli, Azərbaycan və Özbəkistan futbolu arasında müqayisə aparmaq olar?
- Sizdə baş məşqçiləri tez-tez dəyişirlər. Klub rəhbərləri baş məşqçilərə öz işlərini görməyə imkan vermirlər. Qısa zaman ərzində heç nəyə nail olmaq olmur. Heç olmasa hər məşqçi üçün 2 il lazımdı.
 
- Yaxşı məqamlardan danışarkən, siz “Neftçi”nin İntertoto kubokundakı uğurlu çıxışını qeyd etmədiniz. Halbuki, az qala UEFA Kubokuna vəsiqə qazanacaqdız...
- Əlbəttə, həmin görüşləri yaxşı xatırlayıram. Biz Slovakiya və Belçika klublarını keçsək də, Rumıniyanın “Valsui” komandasına məğlub olduq.
 
- Azərbaycanda Berti Foqtsun işinə fərqli yanaşmalar var. İlk tsikldə o, 5, sonuncuda 7 xal topladı...
- Mənə elə gəlir ki, Azərbaycan dünya reytinqində öz yerini tutmur. Çünki sizdə çox yaxşı futbolçular var.
 
- Ola bilər ki, Azərbaycan klublarının tez-tez baş məşqçi dəyişikliklərinə əl atması əcnəbi mütəxəssislərin də mentaliteti ilə bağlı olsun?
- Ola bilər. Məsələn, mən Özbəkistanda çalışanda futbolçuları psixoloji cəhətdən dəyişməyə çalışırdım. Çalışırdım ki, onlar ancaq meydandakı oyunu düşünsünlər. Təəssüf ki, bunu Azərbaycanda da həyata keçirə bilmədim. Yeri gəlmişkən, mənim keçmiş klubumun işləri necə gedir?
 
- Ötən mövsüm çempion oldu. İndi isə liderdi...
- Onların uğurlarına şadam. Avrokuboklarda necə oynadılar?
 
- Xorvatiya “Dinamo”suna uduzdular (0:3, 0:0).
- Hə, Xorvatiya klubu güclüdü. Fikrimcə, o uğursuzluqları unudub, yeni mövsümdə uğur qazanmaq haqda düşünmək lazımdı. Çox istərdim ki, sizdə baş məşqçiləri tez-tez dəyişməsinlər.
 
- Belə görürük ki, siz “Neftçi”ni heç izləmirsiz. Bəs “Qarabağ”ın avrokuboklardakı çıxışı barədə eşitmisiz?
- Bəzi şeylər eşitmişəm. Onların qrup mərhələsinin bir addımlığında uduzduqları rəqiblər isə çox güclüdülər. Onları asanlıqla keçmək mümkünsüzdü.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.