17 yanvar 2012 11:36
Millimizin seleksiya xarakterli təlim-məşq toplanışı olacaq
Yanvarın 23-dən 26-a qədər Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının seleksiya xarakterli təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, yığmamız məşqlərini AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirəcək. Toplanışa dəvət olunacaq futbolçuların siyahısı isə hələlik məlum deyil.
