17 yanvar 2012 00:02
Qarabağ Antalyada ilk məşqinə çıxdı (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Türkiyəyə təlim-məşq toplanışına yollanan komanda 20 günlük “kamp”ın ilk məşqinə ötən gün yerli vaxtla 11:00-da çıxıb.
Çalışmaya komandanın düşərgəsinə İstanbuldan qoşulan Admir Teli də qatılıb. Komandanın baş məşqçisi Qurban Qurbanov Türkiyəyə gəlmədiyinə görə kollektivə 2-ci məşqçi Elçin Rəhmanov nəzarət edib. Çalışma yüngül qaçışla başlayıb. Təxminən 10 dəqiqə davam edən çalışma sonra isinmə və fiziki təmrinlərin yerinə yetirilməsiylə davam edib. İlk çalışmada futbolçulara elə də çox temp verilmədiyinə görə hazırlıq təxminən 1 saat davam edib.
