17 yanvar 2012 00:05
İcraiyyə Komitəsinin iclası təxirə salındı
AFFA İcraiyyə Komitəsinin bu gün – yanvarın 17-də keçirilməsi nəzərdə tutulmuş iclası başqa vaxta keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda iclasın vaxtı ilə bağlı dəqiq heç nə bildirilmir. Xatırladaq ki, sözügedən tədbir bu gün saat 10:00-da, AFFA-nın inzibati binasında keçiriləcəkdi. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:
1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi
2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar, legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi
3. AFFA-nın İntizam Komitəsinin «Turan» klubu ilə bağlı müraciəti
4. Digər məsələlər
