17 yanvar 2012 12:05
İcraiyyə Komitəsinin iclası fevralda keçiriləcək
Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin bu gün – yanvarın 17-də keçirilməsi nəzərdə tutulmuş iclası başqa vaxta keçirilib. Azerisport.az xəbər verir ki, iclasın dəqiq nə vaxt keçiriləcəyi barədə məlumat yoxdu.
Lakin əldə etdiyimiz məlumata görə, tədbir fevralın əvvəllərində baş tutacaq. Dəqiq tarix isə qarşıdakı günlərdə müəyyənləşməlidi.
Qeyd edək ki, bu iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdi:
1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi
2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar, legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi
3. AFFA-nın İntizam Komitəsinin «Turan» klubu ilə bağlı müraciəti
4. Digər məsələlər
