17 yanvar 2012 00:14
Tahir Süleymanov: Bu transferin reallaşmasında problem olmayacaq
Xəbər verdiyimiz kimi, “Neftçi”nin yarımmüdafiəçisi Elmar Baxşiyev “Qəbələ”yə keçir. Azerisport.az xəbər verir ki, artıq bu barədə paytaxt klubu da açıqlama ilə çıxış edib.
Açıqlamada bunlar bildirilir: "Qəbələ" futbol klubu Elmar Baxşıyevə görə "Neftçi" PFK-ya rəsmi dəvət göndərib. "Neftçi" PFK-nın vitse-prezidenti Tahir Süleymanov bu məsələ ilə bağlı “flaqman”ın rəsmi saytına danışıb:
"Qəbələ" klubu Elmar Baxşıyevi heyətinə qatmaq istəyir. Artıq bununla bağlı klubumuza rəsmi dəvət də göndərilib. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov həmişə bütün futbolçulara, xüsusən də yerli oyunçulara diqqət və qayğı ilə yanaşıb. Fikrimcə bu transferin reallaşmasında da problem olmayacaq".
