17 yanvar 2012 12:35
Azərbycan Fələstin yığması ilə qarşılaşacaq
AFFA futbol üzrə Azərbaycan millisinə yeni rəqib tapıb. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, fevralın 29-da, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası Fələstin yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, AFFA öncə İranla danışıqlar aparıldığını bildirmişdi. Lakin görünür cənub qonşularımızla danışıqlar bəhrəsiz qalıb. Bundan əlavə Suriya millisi ilə qarşılaşmağımız da gündəmdə idi.
Onu da bildirək ki, Azərbaycan millisi Fələstinlə tarixində ilk dəfə üz-üzə gələcək. Ərəb ölkəsi hazırda FİFA reytinqində 137 xalla 158-ci pillədə qərarlaşıb. Bununla belə, Fələstin son sıralamada 6 pillə irəliləyib.
